Putin Qərbə: “Gəlin, dostcasına yaşayaq, yoxsa cavab verməli olacağıq”

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini Rusiyaya qarşı müharibə təhlükəsi yaradan addımlardan çəkinməyə çağırıb.

O, ölkənin yeni Dövlət Silahlanma Proqramının hazırlanmasına həsr olunan iclasda bildirib ki, NATO genişlənir və bəzi Avropa liderləri açıq şəkildə Rusiya ilə müharibəyə hazırlaşdıqlarını bəyan edirlər.

Sherg.az xəbər verir ki, Putin Avropanı Ukraynadakı münaqişəni gərginləşdirməkdə ittiham edib və Rusiyanın Avropa ilə münasibətləri bərpa etməyə hazır olduğunu deyib.

Rusiya lideri NATO-nun Baltik dənizində keçirilən “BALTOPS 2026” təlimlərinə də toxunaraq, təlimlər çərçivəsində mülki gəmilərin ələ keçirilməsi üzrə hazırlıq aparıldığını iddia edib.

“Gəlin daha yaxşı dostcasına yaşayaq, yoxsa biz də cavab verməli olacağıq. Bu, hamı üçün aydın olmalıdır. Başqa cür olmayacaq”, - Putin bildirib.

Rusiya prezidenti əlavə edib ki, Moskva təhlükələrə cavab verməyə hazırdır.