Putin və Paşinyan sentyabrın 1-də görüşəcək: Danışıqların mövzularını açıqlanıb

Rusiyanın dövlət başçısı Vladimir Putin sentyabrın 1-də Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirəcək.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Görüşdə Ermənistanın Avropa İttifaqı ilə münasibətləri, eləcə də Ermənistan müxalifətinin nümayəndələrinin həbsləri müzakirə olunacaq.

Uşakov bildirib ki, Ermənistanın Aİ-yə üzvlüyə can atması ilə eyni vaxtda Avrasiya İqtisadi İttifaqının imkanlarından faydalanması Moskvanın fikrincə, ziddiyyətlidir.

“Ermənistan Aİ-yə üzvlüyə can atmaqla yanaşı, Aİİ çərçivəsində əməkdaşlıqdan böyük faydalar əldə edə bilməz. Bu məsələ hansısa şəkildə həll olunmalıdır və prezidentlə baş nazir, şübhəsiz ki, bu barədə danışacaqlar”, – Uşakov deyib.

Danışıqlarda Ermənistanda müxalifət nümayəndələrinin həbsləri də gündəmə gətiriləcək. Moskva xüsusilə Rusiya ilə ənənəvi əlaqələrin inkişafını dəstəkləyən siyasətçilərin həbsdə olmasından narahatlığını ifadə edib.

Qeyd edək ki, Putin və Paşinyan sonuncu dəfə iyulun 27-də telefonla danışıb. Görüş Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.