Qarabağda vəziyyət gərginləşdi
06:00 22.08.2023
Gündəm
336
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin rəhbərləri arasında narazılıq yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində yayılmış məlumatlarda bildirilir.
Qeyd edilir ki, qondarma “Artsax”ın “keçmiş dövlət naziri” Ruben Vardanyanla separatçıların hazırkı başçısı Arayik Arutyunyan arasında yaranmış ziddiyyət ikincinin istefa vermək niyyətində olmaması ilə bağlıdır.
Vəziyyət o qədər gərginləşib ki, bu yaxınlarda hərbi geyimli şəxslər qondarma rejimin “parlamenti”nə soxulublar. Məlumatı qondarma deputat M.Akopyan da təsdiqləyib. Onun sözlərinə görə, “Artsax milislərinin komandiri” Karen Matevosyan öz tərəfdaşları ilə birlikdə “parlament”ə soxularaq qurumun yeni seçilmiş “rəhbər” David İşxanyandan Arayik Arutyunyanı təhqir etdiyinə görə hesab tələb ediblər. Karen Matevosyan ötən gün Facebook-da hər kəsə xəbərdarlıq edib: təhdidlər dayanmayacaq.
Qarabağın separatçıların nəzarətində olan ərazisindəki daxili vəziyyətlə bağlı diqqətçəkən məlumatı “Faktİnfo”nun mənbəsi də verib. Qeyd edib ki, onlar iki çıxış yolu görürlər: ya Arayik Arutyunyan təcili istefaya getməlidir, ya da Ağdam vasitəsilə “Artsax”a ərzaq tədarükü başlayacaq.
Anonim mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə Qarabağa ərzaq məhsullarının idxalı məsələsi rejimin gündəmindədir.
“Faktİnfo”nun məlumatına görə, Qarabağ rejimi artıq Azərbaycan tərəfi ilə görüşə getməyə hazır olan heyət də yaradıb. Həmin heyət yaxın günlərdə, sabah və ya o biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm