“Mən Qərbin bölgədə gərginlikdə maraqlı olması fikri ilə razı deyiləm. Hətta Fransa belə bölgədə gərginlikdə maraqlı deyil. Bunun da çox sadə izahı var. Bölgədə gərginlik Rusiyanın Qafqazda qalmasının yeganə səbəbi ola bilər.
Qərb sülh müqaviləsinin imzalanmasında maraqlıdır - RƏY
Yusif Nəzərli
05:53 04.04.2024
Gündəm
541
Asəf Quliyev: “Lakin həm ABŞ-də, həm də Avropada yaxşı bilirlər ki, bu baş versə, bölgənin nəzarəti Türkiyəyə keçəcək” “Bölgədə gərginlik Rusiyanın Qafqazda qalmasının yeganə səbəbi ola bilər”
“Mən Qərbin bölgədə gərginlikdə maraqlı olması fikri ilə razı deyiləm. Hətta Fransa belə bölgədə gərginlikdə maraqlı deyil. Bunun da çox sadə izahı var. Bölgədə gərginlik Rusiyanın Qafqazda qalmasının yeganə səbəbi ola bilər.
Rusiyanın Ermənistana ağrılı zərbələr endirmək üçün çoxlu imkanları var: həm iqtisadi, həm də siyasi. Məsələn, ucuz enerji satışından imtina, erməni miqrantlara qarşı sanksiyalar – həddən artıq çoxdur bu imkanlar.
Bu sözləri erməni politoloq Armen Baqdasaryan Ermənistanın Solovyovun verilişini bloklamaq, “Mir” kartlarının istifadəsinə qadağa kimi son qərarlarına Rusiyanın mümkün cavabı haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın bu imkanlardan necə istifadə etməsi onun nə qədər ağrılı zərbə vurmağa çalışmasından asılıdır:
“Buna görə də Ermənistan hakimiyyəti əks tədbirlər haqqında düşünməyə borcludur ki, bu zərbələrə davam gətirə bilsin. Təsadüfi deyil ki, aprelin 5-də Brüsseldə keçiriləcək budəfəki görüşün (Blinken-Leyen-Paşinyan görüşü nəzərdə tutulur – red.) əsas mövzusu Ermənistanın müqavimətinin artırılması olacaq. Güman edirəm ki, orada ABŞ və Avropa Ermənistana nəsə vəd etməyə çalışacaq ki, siz Rusiya ilə münasibətləri gərginləşdirməyə davam edin, biz isə cavab tədbirinin o qədər də ağrılı olmamasına çalışacağıq. İndiki halda, mənim anladığım qədər, Brüsseldə söhbət yalnız iqtisadi və maddi məsələdən gedəcək, təhlükəsizlikdən yox”. Ekspert bildirib ki, Rusiyanın mümkün iqtisadi təzyiqləri fonunda Qərbin görməli olduğu iş ilk növbədə ucuz enerjiyə çıxış olmalıdır. Onun sözlərinə görə, nə ABŞ-nin, nə də AB-nin Ermənistana ucuz enerji çatdırması imkanı var: “Yalnız bir variant var: Azərbaycanın enerji imkanlarından istifadə etmək. Ancaq bundan ötrü əvvəlcə Azərbaycanın təhlükəsizliklə bağlı tələblərinin nə olduğu bilinməlidir. Buna görə deyirəm ki, Ermənistan hakimiyyəti addım atarkən düşünməlidir”.
Maraqlıdır, erməni politoloqun dediklərində həqiqət payı nə qədərdir?
Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün Azərbaycan- Ermənistan arasında münasibətlərin tənzimlənməsinə, sülh müqaviləsinin bağlanmasına dair müsbət töhfələr verə bilərmi? Bizim ekspertlərimiz isə hesab edir ki, bütün bu amillər Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin şərtlərindən asılı olacaq.
Siyasi şərhçi Asəf Quliyevin “Sherg.az" açıqlamasına görə, Qərb Ermənistanı Rusiyanın təsirindən çıxarmaq üçün bütün vasitələrə əl atır:
“Mən Qərbin bölgədə gərginlikdə maraqlı olması fikri ilə razı deyiləm. Hətta Fransa belə bölgədə gərginlikdə maraqlı deyil. Bunun da çox sadə izahı var. Bölgədə gərginlik Rusiyanın Qafqazda qalmasının yeganə səbəbi ola bilər. Antiterror tədbirlərindən sonra Qarabağda qalmaq üçün rıçaqlarını itirən Rusiya indi də Azərbaycan-Ermənistan sərhədində “sülh missiyasını” yerinə yetirməkdə iddialıdır. Amma bu gün Azərbaycanla sərhəddə Avropa mülki missiyası var. Bu da Rusiyanı bərk əsəbiləşdirir”.
A.Quliyevin sözlərinə görə, ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiyanın təsirindən çıxartmaq üçün Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır:
“Lakin həm ABŞ-də, həm də Avropada yaxşı bilirlər ki, bu baş versə, bölgənin nəzarəti Türkiyəyə keçəcək. ABŞ buna neytral yanaşsa da, Avropanın əsas söz sahiblərindən olan Fransa buna mane olmaq istəyir. Buna görə də Ermənistanın daha çox dostu olduğunu hər vasitə ilə sübut etməyə çalışır. Amma reallığı da anlayır. Sülh müqaviləsi bağlansa, nə ABŞ, nə də Avropa İttifaqı Türkiyənin bölgədə möhkəmlənməsinə mane ola biləcək. Məntiqlə bunu etməməlidir də, çünki Türkiyə NATO-nun mühüm sütunlarından biridir. Bir məsələ də var ki, daim problemlərin Qərbdən gəldiyini deyən Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə belə bir bəyanatla çıxış etdi: “Avropa İttifaqına üzvlük məsələsi Türkiyə üçün strateji hədəf olaraq qalmaqdadır”. Bu isə o deməkdir ki, Türkiyə müttəfiqləri ilə körpüləri yandırmayıb, əksinə, yeni körpülər qurur. Bunu Kremldə də bilirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət