
Qərbdən gələn tapşırıq: Ermənistan KTMT-ni tərk edir?
09:56 14.11.2023
Gündəm
380
Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək.
Paşinyan bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib.
“Paşinyan görüşdə iştirak edə bilməyəcəyini deyib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib”, - baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib.
Paşinyanın son zamanlar Rusiyanın başçılığ etdiyi görüşlərdə iştirakdan boyun qaçırması məsələsini “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, hazırda Fransa tərəfindən silahlanan və Avropa İttifaqının mülkü müşahidə missiyası adı altında Ermənistan ərazilərində Qərbin casus şəbəkələrinin fəaliyyətə başladığı bir dövrdə Nikol Paşinyan KTMT-ə maraqlı olmadığını Qərbə göstərməyə çalışır:
“Nikol Paşinyan və onun siyasi hakimiyyətində açıq şəkildə Rusiyaya etiraz edəcək cəsarət yoxdur. Həmçinin baş verən hadisələr göstərir ki, Ermənistan açıq şəkildə KTMT-ni tərk edəcək gücdə də deyil. Buna baxmayaraq onlar Qərbdən gələn tapşırıqlara görə sərhəd saxlamağa məcbur olurlar”.

Politoloq İrəvan hakimiyyətinin sözü gedən təşkilatın lazımsız, işə yaramaz bir təşkilat olması ilə bağlı görüntü yaratmağa çalışdığını vurğulayıb:
“Faktiki olaraq bu gün baş verən hadisələrin arxasında güclü siyasi səbəblər dayanıb. İlk növbədə Qərb imperiyalizmi Paşinyan vasitəsilə Ermənistan ərazilərində Rusiyaya qarşı cəbhə formalaşdırmağa çalışır. Digər tərəfdən Rusiyanın patranajlığı altında ortaya çıxan siyasi-hərbi təşkilatların uğursuzluğu və uyğunsuzluğu ilə bağlı mənzərə yaradılmağa səy göstərilir. Bundan əlavə Moskvanın rəhbərliyi altında bölgədəki ölkələrin hərhansısa, rifah əldə etməyəcəyi görüntüsü yayılır. Ermənistanın bu oyunun bir parçasına çevrilməsi isə ölkələr arasında siyasi ikitirəliyi daha da artır. Bundan sonra da Rusiya tərəfindən Paşinyan və komandasına qarşı güvənsizlik və nifrət artmaqda davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm