Qonçarenko: Zelenski kameralardan kənarda rus dilində danışır

“Ukrayna Prezidenti Volodimir Zelenski, ətrafı, nazirlərin əksəriyyəti və hakim “Xalqın Xidmətçisi” Partiyasının deputatlarının çoxu kameralardan kənarda rus dilində danışır, amma adi vətəndaşlar bu dildən istifadə edəndə cərimələnirlər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib.

Qonçarenko məşq zamanı rus dilində danışdığına görə uşaq futbol komandasının məşqçisinin cərimələnməsi hadisəsinə diqqət çəkib:

“Zelenski öz ofisində rus dilində danışır, nazirlərin əksəriyyəti rus dilində ünsiyyət qurur, “Xalqın Xidmətçisi” Partiyasının deputatlarının çoxu rus dilində danışır. Bütün bunlar normaldır? Heç kim cərimələnmir. Amma futbol məşqçisinə cərimə yazılır”.