Qüdrət Həsənquliyev: Tikintiyə icazə səlahiyyəti bələdiyyələrə verilməlidir
08:27 14.11.2023
Gündəm
408
“Təəssüf ki, 10 milyon əhalisi olan ölkə üçün 34 milyard manat gəlirləri olan büdcə olduqca kiçikdir. Bu büdcənin də çox hissəsi Dövlət Neft Fondundan transfertdir. Dövlət Neft Fondundan transfertlər çıxılarsa, 2024-cü ilin büdcəsi 2022-ci illə müqayisədə azdır. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoyulması üçün ciddi islahatları həyata keçirməliyik. Sanki durğunluq dövrünə qədəm qoymuşuq”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalmalar həyata keçirilir: “Dövlət müəssisələri, xəstəxanalar özəlləşdirilməlidir. Qanunların aliliyi təmin edilməsə, İqtisadiyyat Nazirliyinin səyləri nəticə verməyəcək. Sabit Vergi Məcəlləsi olmalıdır. Hər bir nazirlik özü üçü xidmət haqqı müəyyən edə bilməz. Vergiləri tez-tez dəyişməklə güclü iqtisadiyyat yaratmaq olmaz. Biz tezliklə Ümumdünya Ticarət Təşkilatına qoşulmalıyıq”.
Qüdrət Həsənquliyev bildirib ki, büdcəyə əlavə vəsait cəlb edə biləcəyimiz sahələrdən biri tikinti sektorudur: “Bakıda 1000-ə qədər qəzalı bina olduğu bildirilir. Amma sahibkarlar bina tikmək üçün yer tapmır, xaricə üz tuturlar. Kimlərsə bu yerləri alıb, amma tikmirlər. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud övladına, nəvəsinə yeni mənzil almaq istəyir”.
Deputatın sözlərinə görə, qəzalı binaların söküntüsü məsələsi gündəmdə olsa da, təqdim olunan sənədlərdə təhriflərə yol verilir: “Tarixi tikililər olan ərazidə, qəzalı bina olmayan yerdə yeniləri tikilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəy Bakı Şəhər İcra Hakimiyyətinin rəyindən fərqlidir. Tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bu, bütün dünyada belədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm