Ramiz Mehdiyevin məhkəməsi başlayır: İşə baxacaq hakim - Murad Aslanov kimdir? 

​Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikasının Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin ilk iclası keçirilir.  Cəmiyyətin və medianın yaxından izlədiyi bu rezonanslı iş üzrə məhkəmə baxışını hakim Murad Aslanov aparacaq. 

​Ramiz Mehdiyev kimi yüksəkpostlu sabiq məmurun işinə sədrliyi həvalə edilən hakim Murad Aslanovun fəaliyyət yolu diqqət çəkir.  

​Murad Şamxal oğlu Aslanov uzun müddət Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.  

​Sonra o, Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.  

​Rayon məhkəməsi sistemində topladığı təcrübədən sonra paytaxtın əsas cinayət kollegiyasına gətirilən M. Aslanov xüsusilə mürəkkəb və rezonans doğuran cinayət işlərinə baxmaq üçün təyin olunan kadrlar sırasındadır.

​Ölkənin siyasi və ictimai gündəmində mühüm yer tutan bu prosesin məhz hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi, onun üzərinə həm hüquqi, həm də yüksək məsuliyyət qoyur. Məhkəmə baxışının gedişatı və qəbul ediləcək qərarlar diqqət mərkəzində olacaq.  

Tural