Rəis Rəsulzadənin səhhətində problem yarandı

Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər bəyin övladı,  Azərbaycan Respublikasının Əməkdar rəssamı Rəis Rəsulzadə insult keçirib.

"Sherg.az" xəbər verir ki, məlumatlara görə, Rəis Rəsulzadə hazırda xəstəxanada müalicə alır  və səhhətində müsbət irəliləyişlərin müşahidə edildiyi bildirilir.