Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Teleqraf xəbər verir ki, dövlət başçısının qərarı ilə nazirlikdə nazir müavinlərinin sayı artırılıb.
Fərmana əsasən, nazirliyin rəhbər heyətində nazir müavinlərinin sayı "beş" ştat vahidindən "altı"ya çatdırılıb.