Rubio: ABŞ Çinlə dialoqun tərəfdarıdır

ABŞ Çinlə dialoqun tərəfdarıdır, çünki Vaşinqton və Pekin arasında istənilən qarşıdurma bütün dünya üçün qlobal nəticələrə səbəb olacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

"Aydındır ki, ABŞ və Çin arasında istər iqtisadi, istərsə də digər sahələrdə baş verəcək münaqişə ciddi qlobal nəticələrə gətirib çıxaracaq. Buna görə də xarici siyasətin və geosiyasətin çətin vəzifəsi fikir ayrılıqlarının öhdəsindən gəlmək və milli maraqlarımıza zidd olan heç nə etməməkdir. Eyni zamanda, dünya üçün həqiqətən fəlakətli ola biləcək münaqişələrdən qaçmağa çalışmalıyıq", – o qeyd edib.