ABŞ dövlət katibi Marko Rubio İran və Kuba iqtisadiyyatlarının ağır vəziyyətdə olduğunu iddia edib.
Sherg.az xəbər verir ki, Rubio “Fox News”a müsahibəsində İranın “iflasın astanasında” olub-olmadığı sualına ölkənin “sürətlə fəlakətə doğru getdiyini” deyib.
ABŞ rəsmisi İranın probleminin ölkəni idarə edən radikal şiə din xadimlərindən qaynaqlandığını bildirib.
Rubio Kubanın isə “çoxdan çökdüyünü” və fəaliyyət göstərən iqtisadiyyatının olmadığını iddia edib. O, ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə Kubanın ABŞ maraqlarına qarşı baza kimi istifadəsinə imkan verməyəcəklərini vurğulayıb.
Rubio həmçinin Venesuelada azad və ədalətli seçkilərin keçirilməsi üçün ölkə parlamenti ilə işlədiklərini açıqlayıb.