Rubio Paşinyanı təbrik etdi

ABŞ Dövlət katibi Marko Rubio Ermənistanın Baş naziri Nikol Paşinyanı partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.

“Baş nazir Nikol Paşinyanı partiyasının hakimiyyətdə qalması münasibətilə təbrik edirəm. Biz tarixi Vaşinqton Sülh Zirvəsində qeyd olunan məqsədlərə çatmaq üçün Ermənistanla işləməyə hazırıq”, - o bildirib.