Rubio Slovakiya və Macarıstana gedir

ABŞ Dövlət katibi Marko Rubio 15-16 fevral tarixlərində Slovakiya və Macarıstana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, Rubio Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün 13-15 fevral tarixlərində Almaniyada olacaq, daha sonra isə Bratislava və Budapeştə yollanacaq.