Rus dili Qarabağda "rəsmi dil" statusu alacaq? - Növbəti təxribat
Yusif Nəzərli
04:51 15.03.2021
Gündəm
841
Qarabağdakı hərbi xunta rejimi bu bölgədə rus dilinin "ikinci rəsmi dil" statusu almasına dair təklifi bəyənib.
"Sherg.az" ""armenews.com"a istinadən xəbər verir ki, bu təklif ötən ay qondarma rejimin saxta parlamentində təmsil olunan 5 "siyasi partiya"dan 3-nün təklifi ilə gündəmə gəlib. Təklifdə qeyd olunur ki, Qarabağın ermənilər yaşayan hissəsində rus dili "rəsmi dil" statusu alsın. Təşəbbüsü irəli sürən "partiya"lardan biri isə qondarma rejimin cinayətkar başçısı Araik Arutyunyanın başçılıq etdiyi "Azad Vətən" terror təşkilatıdır.
Hərbi cinayətkar rejimin qondarma administrasiyanın terrorçu rəhbəri Mihran Arutinyan məlum təxribatı dəstəkləyib və bu da həmin "qanun layihəsi"nin
həyata keçməsinə yol açıb.
"Qanun layihəsi"ndədə qeyd olunur ki, Qarabağda rus dilinin rəsmi status alması ilə bu bölgədə ermənilərin ruslarla hərbi, iqtisadi və mədəni əlaqələri daha da güclənəcək. Bu hal Qarabağdakı rus hərbçiləri və humanitar yardım daşıyan işçilərlə ermənilər arasında əlaqələri daha da inkişaf etdirəcək.
Qızıl qeyd: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Əlbəttə, bu təkcə rəsmi Bakı deyil, bütün dünyanın, beynəlxalq hüququn tanıdığı, qəbul etdiyi bir məsələdir. Bu məqamda BMT-nin 4 qətnaməsini yada salmaq kifayət edər. Qondarma rejimin sözügedən addımı mahiyyəti, xisləti işğalçılıq və faşizmlə yoğrulan ermənilərin növbəti təxribatıdır. Qarabağın 30 illik işğalı dönəmində ərazilərimizdə çoxlu sayda bu sayaq təxribtlara əl atılıb, lakin 44 günlük Vətən savaşında müzəffər ordumuz düşmənin bütün separatçı meyllərini darmadağın edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi "Düşmən unutmasın, Dəmir Yumruq yerindədir" ismarışından yola çıxaraq bildirək ki, "Dəmir Yumruq" istənilən təxribatın qarşısını almağa hər an hazırdı. Amma bu dəfə zərbənin daha öldürücü olcağı da heç kimə, məxsusi olaraq da düşmənə sirr deyil. Odur ki, qondarma rejim və o rejimin "dəyirmanına su töküb" işə salmaq istəyən rus "sülməramlıları" vəziyyəti doğru, düzgün qiymətləndirməlidirlər. Azərbaycan ərazilərində yalnız bir dil rəsmi status daşıya bilər, bu da Azərbaycan dilidir, vəssalam. Müqəddəs Zəfərimizdən sonra Rusiya, Fransa və İran kimi, ermənipərəst ölkələrin liderləri belə Qarabağın Azərbaycanın ayrılmaz tərkib issəsi olmasına dair bəyanatlar səsləndirdilər. Bu bəyanatlar həmin ölkələrin mediasında açıq-aydın yer alıb. Belə olan halda Azərbaycanın ərazisindən rəsmi Bakının icazəsi olmadan rus dilinin "rəsmi status" alması beynəlxalq hüququn kobudcasına pozulması, BMT nizamnaməsinin ayaqlar altına atılmasıdır.
Eyni zamanda həmin ölkə və təşkilatların beynəlxalq imicinə ağır zərbədir. Bir sözlə, hərbi xunta rejimi bu addımı ilə Rusiyanı beynəlxalq hüquq qarşısınada aciz duruma salır. Rəsmi Moskva da sülməramlı mandatına adekvat davranaraq hərbi cinayətkar rejimin növbəti təxribatının qarşısını almalıdır. Bu həm də onların görəvidir. Əks halda "Dəmir Yumruq" havaya qalxıb, ərazilərimizdə antiterror əməliyyatı keçirib təxribatların qarşısını alacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya