Rusiya qırıcı təyyarəsini havaya qaldırdı, ABŞ PUA-sı  geri dönüb

Rusiya Qara dəniz üzərində uçan ABŞ pilotsuz təyyarəsi üçün Su-30 qırıcı təyyarəsini havaya  qaldırıb. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-a məxsus MQ-9A Reaper tipli pilotsuz uçuş aparatının (PUA) Qara dəniz üzərində Rusiya sərhədinə yaxınlaşdığını aşkar etdikdən sonra Su-30 qırıcısını havaya qaldırdıqlarını açıqlayıb. Bildirilib ki, Rusiya təyyarəsi yaxınlaşan kimi Amerika PUA-sı Rusiya sərhədindən geri dönüb.

Turan