Rusiya TŞ katibi: Qərb dünyadakı nüfuzunu itirir

Qərb dünyadakı nüfuzunu itirir və bu, qaçılmazdır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında çıxışı zamanı bildirib.

Patruşevin fikrincə, Qərb, onun üçün arzuolunmaz hesab olunan ölkələrdə, rəsmi Vaşinqtonun rəhbərliyi altında məqsədyönlü şəkildə böhran vəziyyəti yaradaraq və dəstəkləyərək, sabitliyi pozmağa çalışır:

“Qərbin Kiyevə dəstəyi münaqişəni yalnız qızışdıracaq. Döyüş meydanında uğur qazana bilməyən Kiyev Moskvaya qarşı terror üsullarına getdikcə daha çox əl atır. Leninqrad, Kalinin və Kursk atom elektrik stansiyalarına (AES) hücuma cəhd göstərib”.

TŞ katibi vurğulayıb ki, Qərbin hərəkətləri fonunda nüvə silahından istifadə riski artır:

“Rusiya mütəmadi olaraq Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın keçmiş sovet ölkələri ərazisində apardığı təhlükəli bioloji təcrübələr haqqında məlumat alır. Qərbin hərəkətləri BMT və ATƏT beynəlxalq təşkilatların işini dəyərsizləşdirir”, - deyə Patruşev əlavə edib.