
Rusiyanı Türkiyə razı sala bilər - Politoloq
Yusif Nəzərli
10:54 21.07.2023
Gündəm
299
BMT Təhlükəsizlik Şurası iyulun 21-də Rusiyanın taxıl sazişindən çıxması ilə bağlı iclas keçirəcək. Bu barədə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniyanın daimi nümayəndəliyi tviter səhifəsində məlumat yayıb. Qeyd edək ki, Qərb ölkələrinin təşəbbüsü ilə keçiriləcək iclas bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
İclası "Sherg.az"a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Ukrayna tərəfi taxıl sazişindən çıxmadığı ilə bağlı mövqe bildirib:
"Yəni rəsmi Kiyev öz taxılının Qara dənizdən göndərilməsinə davam edə bilər. Ancaq Türkiyə təhlükəsizliyi təmin etməlidir. Ümumiyyətlə taxıl sazişini, Türkiyə-Rusiya-BMT bir tərəfdə, Türkiyə-Ukrayna-BMT isə digər tərəfdə imzalayıb. Sazişdən çıxdığı barəsində isə yalnız Rusiya tərəfi məlumat verib. Digər tərəfdən xəbərlər yayılıb ki, Avqustda planlaşdırılan Ərdoğan, Putin görüşündə məsələ müzakirə oluna və razılığa gəlinə bilər".

Analitik əlavə edib ki, bununla bağlı rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq oluna bilər:
"Ancaq düşünmürəm ki, bu, ciddi təsir göstərsin. Çünki artıq Kreml bu sınaqdan çıxıb. Yəni onlar öz taxıl bazasını tam doldurub. Ehtiyac isə digər ölkələrindir. Ona görə də Rusiya onları təhdid edir. Bu məsələdə isə Rusiyanı yalnız Türkiyə razı sala bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya