Ruttedən ruslara çağırış: Döyüşlərə qoşulsanız...

Rusiya hər ay Ukraynada 25.000 - 35.000 arasında əsgər itirir.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

"Əgər döyüşlərə qoşulmağı düşünən gənc rusiyalısınızsa, bu ay və ya gələn ay təxminən 30.000 nəfərdən biri ola bilərsiniz. Bu, ailələr üçün dəhşətli xəbərdir”, - Rutte bildirib.

Baş katib əlavə edib ki, Ukrayna Rusiyanın dərinliklərinə hücum edir və düşmənin enerji infrastrukturunu və sənaye bazasını hədəf alır.