Samir Nuriyev Asiya İnkişaf Bankının departamentinin Baş direktoru ilə görüşüb
16:17 05.04.2024
Gündəm
350
Aprelin 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq və COP29-a hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.
Samir Nuriyev bu il Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının 25 illiyinin tamam olduğunu bildirib və ölkəmizin bu əməkdaşlığı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının rəhbəri ölkəmizdə yaşıl keçid gündəliyinin inkişafı istiqamətində həyata keçirilən layihələri qeyd edib.
COP29 üzrə Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinə toxunaraq ölkəmizin bu mötəbər tədbirin yüksək səviyyədə təşkil olunması istiqamətində aparılan işlər barədə həmsöhbətinə məlumat verib.
Yevgeni Jukov COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edərək, COP29 sədrliyi tərəfindən qısa müddət ərzində görülən işlərin təqdirəlayiq olduğunu deyib. O, Asiya İnkişaf Bankının COP29-la bağlı ölkəmizlə sıx əməkdaşlıq etmək və texniki dəstək göstərmək niyyətində olduğunu bildirib.
Yevgeni Jukov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yaşıl keçid sahəsində qazanılmış nailiyyətlərlə bağlı məmnunluğunu ifadə edib və Asiya İnkişaf Bankının bu prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya