
Saxta, yalan informasiya yayanlar həbs olunmalıdırlar - AÇIQLAMA
11:26 10.04.2024
Gündəm
539
Ciddi maliyyə cəzaları tətbiq edilərsə, başqaları da bundan nəticə çıxarar
Medianın İnkişafı Agentliyi (MEDİA) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) növbəti dəfə birgə məlumat yayıblar. Birgə məlumatda vurğulanıb ki, son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən əsassız məlumatlar, reallığı əks etdirməyən saxta xəbərlər yayımlanır. Bildirilib ki, DTX tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin olduğu müəyyən edilib. Onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilib. MEDİA və DTX sözügedən əməllərin törədilməsinin ciddi hüquqi məsuliyyətə səbəb olduğunu xatırladıb. Media subyektlərini və jurnalistləri sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə çağırıb.
Siyasi şərhçi, media eksperti Azər Həsrət "Sherg.az"a deyib ki, bəhs edilən problemin həlli yolları var, sadəcə olaraq müvafiq qurumlar bu işlərlə məşğul olmalıdırlar. Ekspertin sözlərinə görə, əgər söhbət hansısa mətbuat orqanından, KİV-dən gedirsə, o halda MEDİA konkret addımlar ata bilər:

"Agentlik nöqsanlara yol verən media qurumuna ayrılan vəsaiti dayandıra bilər. Digər yandan "Media haqqında" qanun çərçivəsində tədbirlər görülə bilər. Ancaq sosial mediada kimsə nəsə paylaşıbsa, bununla ancaq müvafiq qurumlar məşğul olmalıdır. Sosial şəbəkələrlə bağlı məsələlər isə birbaşa dövlətin digər orqanlarının üzərindədir. Sosial media istifadəçilərinin əsassız, yalan, təşviş yaradan uydurma informasiyalar yayması problemi ilə birbaşa Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, yaxud informasiya təhlükəsizliyinə məsul olan qurumlar məşğul olmalıdırlar. Bəs hansı tədbir görülməlidir ki, başqaları da bundan nəticə çıxartsınlar? Sadəcə bəyanat verməyə davam edəcəyiksə, bu, heç kimi qorxudub, çəkindirməyəcək. İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası da ara-sıra belə bəyanatlar verir. Heç kim də bundan nəticə çıxartmır. Amma saxta, yalan, uydurulmuş informasiya yayaraq cəmiyyətdə xof yaratmağa çalışanlar həbs olunarsa, onlara qarşı ciddi maliyyə cəzaları tətbiq edilərsə, başqaları da bundan nəticə çıxarar. Təbii ki, bunları Mətbuat Şurası, Media Agentliyi həyata keçirə bilməz. Bunları ancaq dövlətin cəza vermə səlahiyyəti olan qurumları icra edə, daha sərt tədbirlərə əl ata bilər. Düzdür, yenə kimlərsə hay-küy salacaq ki, "mətbuat, söz azadlığı pozuldu" və s. Lakin bu qədər insanı təşvişə salmaq, ölkədə qarışıqlıq yaradacaq yalan xəbərlər yaymaq cəzasız qalmamalıdır".
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou