
Səbəblər dərin, görüntü ağır: Yardım mexanizmləri əhali ehtiyacına cavab vermir!
11:48 17.07.2025
Gündəm
402
Lalə Mehralı: Əlində gəliri olmayan da yardımsız qalır
Küçələrdə məişət tullantıları konteynerlərində yemək və ya satmaq üçün əşya axtaran insanlar getdikcə daha çox müşahidə olunur. Bu mənzərə artıq nadir hallardan sayılmır, gündəlik həyatın bir hissəsinə çevrilib. Zibilliklərdə axtarış aparanlar arasında uşaqlardan tutmuş yaşlılara qədər müxtəlif yaş qruplarına rast gəlinir. Onlar şəhərin mərkəzi küçələrində və digər ərazilərdə tez-tez görünürlər. Hər biri plastik torbalarla, səbətlərlə, arabalarla tullantı qutularını yoxlayır. Bu səssiz fəaliyyət cəmiyyətin diqqətindən kənarda qalsa da, vizual olaraq sosial reallığın bariz göstəricisidir.
Sosioloq Lalə Mehralı “Sherg.az”a bildirdi ki, marketlərə yaxın ərazilərdə məişət tullantıları konteynerlərində qida axtaran şəxslərin mövcudluğu sosial rifahın aşağı səviyyədə olduğunu göstərən göstəricilərdən biridir:

“Bu halın əsas səbəbləri arasında əhalinin müəyyən təbəqələrinin sabit gəlirə malik olmaması, sosial təminat mexanizmlərinin yetərsizliyi, işsizlik və əmək qabiliyyətsizliyin yüksək olması qeyd edilə bilər. Sosial yardım proqramlarının məqsədi belə ailələrin maddi ehtiyaclarını qarşılamaq olsa da, mövcud meyarlar bu yardımın əlçatanlığını məhdudlaşdırır. Xüsusilə ailə üzvlərindən birinin minimal rəsmi gəlirə malik olması yardımın verilməsinə mane olan şərtlərdən biridir ki, bu da praktiki reallıqla uzlaşmır. Eyni zamanda bəzi ailələr ümumiyyətlə gəlir əldə etmədikləri halda sosial yardım almaq hüququndan məhrum qalırlar. Bu baxımdan, uşaqpulu sisteminin tətbiqi sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi baxımından vacibdir. Digər tərəfdən, qadınlar üçün pensiya yaşının azaldılması və çoxuşaqlılığın stimullaşdırılması da sosial siyasətdə mühüm rol oynaya bilər. Əvvəllər çoxuşaqlı analara şamil edilən erkən pensiya hüququnun ləğvi və hazırkı demoqrafik reallıqlar fonunda altı uşaq meyarının tətbiqi praktik baxımdan qeyri-effektivdir. Beləliklə, sosial problemlərin azaldılması üçün sosial yardım və stimullaşdırıcı mexanizmlərin daha ədalətli və çevik şəkildə yenidən tənzimlənməsi zəruridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə