Səfir: “4 min nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynada təhsil alır”
09:18 15.06.2025
Gündəm
288
"Bu gün 4 min nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynada təhsil alır. Ölkəmiz uzun illərdir ki, Azərbaycan Ukrayna universitetlərini seçən ölkələr arasında 4-cü yeri tutur".
APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev "Ukraynada təhsil" adlı sərgi və konfransı zamanı çıxışında deyib.
O bildirib ki, ölkəsinin ali təhsil müəssisələrinin təmsil olunduğu bu tədbir iki ölkə arasında elm və təhsil sahəsində mövcud tərəfdaşlığın möhkəmlənməsi yolunda mühüm addımdır:
"Bu rəqəm Ukrayna universitetlərinə və təhsil sistemimizin keyfiyyətinə, əlçatanlığına və beynəlxalq tanınmasına olan yüksək etimadın bariz nümunəsidir. Ukrayna uzun illərdir ki, Azərbaycan gəncləri üçün ən çox seçilən təhsil istiqamətlərindən biri olaraq qalır — biz bu seçimi dəyərləndiririk. Ölkələrimizin gələcəyi məhz elm və təhsil sahəsində bu gündən formalaşır. Biz akademik mübadilənin, ikili diplom proqramlarının, birgə elmi layihələrin və tələbə mobilliyinin genişləndirilməsində xüsusilə maraqlıyıq. Ukrayna universitetləri artıq "Erasmus+" proqramında fəal iştirak edir, çevik tədris formatları təklif edir və müasir tədris yanaşmalarını tətbiq edirlər. Biz daha çox Azərbaycanlı abituriyentin Ukraynada əyani, tam və keyfiyyətli təhsilə qatılmasını arzulayırıq. Çünki məhz əyani təhsil mədəniyyətə yaxından bələd olmağa, akademik inkişaf və həqiqi insan əlaqələri qurmağa ən gözəl şərait yaradır. Ukrayna bütün dünyadan istedadlı gənclər üçün açıq olaraq qalır. Biz hər bir tələbənin öz potensialını reallaşdıra biləcəyi, qlobal akademik məkanın bir hissəsinə çevrilə biləcəyi təhlükəsiz, dostyana və innovativ təhsil mühiti yaradırıq. Bu günkü tədbir təhsil sahəsində birbaşa əlaqələr qurmağa, təhsil proqramları barədə daha ətraflı məlumat almağa və əməkdaşlıq üçün yeni imkanların yaradılmasına xidmət edir. Fürsətdən istifadə edib, Ukrayna ilə Azərbaycan arasında yeni əməkdaşlıq üfüqləri arzulayıram".
Səfir həmçinin, ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi təhsil sektorunda əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət