Şəhid atası: “Oğlum başımı uca etdi”
Yusif Nəzərli
06:54 06.08.2022
Gündəm
527
“Üç övlad atası idim, birini şəhid verdim. Oğlum başımı uca etdi. Az yaşadı, amma kişi kimi yaşadı”.
Bu fikirləri “Report”a açıqlamasında şəhid Samir Xudiyevin atası Səməd Xudiyev deyib.
Onun sözlərinə görə, oğlu mərd, vətənpərvər oğlan olub:
“Onun əmisi də qazi olub. Həmişə məcburi köçkün düşməyimiz barədə, ermənilərin bizə yaşatdığını danışanda diqqətlə qulaq asırdı. Deyirdi ki, ata, siz zülm çəkmisiniz. Əsgərliyə gedəndən 9 ay sonra 10 günlük məzuniyyətə gəlmişdi. İki gün qalandan sonra səbrinin çatmadığını, uşaqlardan ötrü darıxdığını bildirdi. Belə oğlanları 30-50 ildən bir tarix yetişdirir, söndürür. Belə oğlanlara görə Vətən yaşayır. Oğlumun da yeri cənnət olsun, Vətən sağ olsun. Allah şəhidlərə rəhmət, qazilərə can sağlığı versin”.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm