Səkkiz saatdan çox işləyənlər əlavə maaş almalıdırlar – Həm də ikiqat
Banuçiçək Kalbalıyeva
12:02 27.02.2020
Gündəm
610
ARB TV-nin “Günə doğru” verilişində gündəlik iş rejimi ilə bağlı süjet yayımlanıb. Televiziya əməkdaşının şəhər sakinləri ilə söhbəti zamanı onlardan biri bildirib ki, iş müddəti 7-8 saatdır, amma 10 saat olsa, daha gözəl olar. Vətəndaş fikrini onunla əsaslandırıb ki, çox işləyəndə, qazanc daha çox olur.
Əslində isə qanunvericilikdə göstərilən norma səkkiz saatdır. Vətəndaşın istəyinə münasibət bildirən Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Sherg.az-a deyib ki, 10 saatlıq iş rejiminin tətbiqi real deyil. O, qeyd edib ki, bir vətəndaşın bu fikri səsləndirməyi ictimai əhəmiyyət kəsb etməməlidir:
“Ola bilsin ki, həmin vətəndaşımızın qanundan, əməyin mühafizəsi qaydalarından xəbəri yoxdur. Əlbəttə, bu məsələ müzakirə predmeti olmamalıdır. Çünki Konstitusiyada, həmçinin bizim tərəfdar çıxdığımız beynəlxalq sənədlərdə sutkalıq iş rejiminin səkkiz saat olması göstərilir”.
S.Məmmədovun sözlərinə görə, səkkiz saatdan çox işləyənlərə iki qat artıq məvacib ödənilməldir:
“Bəzi iş yerlərində əməkdaşlar növbəli rejimlə çalışdıqlarına görə, sutkada səkkiz saatdan çox işləyə bilərlər. Məsələn, ola bilər bir əməkdaş, bir sutka işləsin, növbəti gün isə istirahət etsin. Belə hallara rast gəlinir və normaldır. Lakin gündə səkkiz saatdan saatdan çox, məsələn on saat işləyənlər, iki qat artıq maaş almalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray"ın yeni transferi İstanbula çatdı
21:17 04.02.2026
Futbol
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm