“ABŞ-nin iddialarının əksinə olaraq, Hörmüz boğazı İran Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.
“ABŞ-nin gəmilərin Hörmüz boğazından maneəsiz keçməsi ilə bağlı yalan iddiaları Amerika ordusunun çarəsizliyini və acizliyini nümayiş etdirir, yalan və uydurmadan başqa bir şey deyil. Hörmüz boğazı İran İslam Respublikasının tam nəzarəti və idarəçiliyi altındadır. Heç bir ticarət gəmisi və ya tanker güclü İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan bu boğazdan təhlükəsiz şəkildə keçə bilməyib və bilməyəcək”, - SEPAH nümayəndəsi qeyd edib.