Serbiya Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevin rəsmi səfəri münasibətilə təşkil etdiyi şam yeməyində Serbiya hərbi orkestri Azərbaycan mahnısı “Ay Laçın”ı ifa edib.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
O, bu addımı Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən rəmzi jest kimi dəyərləndirib.