Şərif Starmerlə ABŞ-İran danışıqlarını müzakirə etdi

Pakistanın Baş naziri Şahbaz Şərif və britaniyalı həmkarı Keyr Starmer arasında telefonla danışığı olub.

Axar.az xəbər verir ki, Ş. Şərif bu barədə X sosial şəbəkə hesabında yazıb.

Tərəflər İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər.

"İran və ABŞ arasında atəşkəsə nail olmağa və dialoqu irəlilətməyə kömək edən Pakistanın səmimi diplomatik səylərinə verdiyi dəstəyə görə ona minnətdarlığımı bildirirəm.

Regionda davamlı sülh və sabitlik üçün şərait yaratmaq məqsədilə atəşkəsin qorunub saxlanılmasının vacibliyi barədə həmfikir olduq.

Həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə Pakistan-Britaniya münasibətlərinin daha da möhkəmləndirilməsi yollarını müzakirə etdik", - deyə Şərif bildirib.