Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hesab edir ki, səslərin yenidən sayılması halında "Çiçəklənən Ermənistan" Partiyası parlamentdə mandat əldə edəcək.
Sherg.az xəbər verir ki, Sarkisyan jurnalistlərə bildirib ki, səslərin təkrar hesablanması seçkilərin nəticələrinə ciddi təsir göstərə bilər. Onun fikrincə, əks halda yaranmış vəziyyəti izah etmək çətin olacaq.
Keçmiş prezident seçkiqabağı kampaniya dövründə və səsvermə günü çoxsaylı qanun pozuntularının baş verdiyini iddia edib. O, beynəlxalq müşahidəçilərin bu pozuntulara lazımi qiymət vermədiyini də vurğulayıb.