Sevda Ələkbərzadə: "Zaman mənim haqlı olduğumu göstərdi"
İsmayıl Qocayev
09:35 29.10.2019
Gündəm
1090
“O səs Türkiyə” yarışmasının son proqramlarından birində türkiyəli iştirakçı Ayşenur Gül Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadənin repertuarından mahnı ifa edib. Onun “Elə demə” xalq mahnısını səsləndirməsi münsiflər tərəfindən maraqla qarşılanıb.
“Bu, normalda Azərbaycan Xalq mahnısıdır. Sevda Ələkbərzadə bunu etno-caz “cover” şəklində ifa edib” deyən iştirakçının sözlərinə Murat Boz reaksiya verərək, “Sevda Ələkbərzadə çox ciddi bir səsdir. Bilməyənlər üçün deyim ki, dünya standartlarında, "qorxunc" bir istedaddır” sözlərini söyləyib.
Seda Sayan isə “Qorxunc bir qırtlaqdır” deyə, sənətçini tərifləyib.
Qeyd edək ki, Murat Boz bir neçə ay öncə Azərbaycana səfər edərkən də Sevda Ələkbərzadənin heyranı olduğunu söyləmişdi.
Türkiyəli müğənni Murad Bozun Sevda Ələkbərzadə barədə söylədiklərindən Sevda Ələkbərzadənin xəbəri varmı? Sualımızı Əməkdar artistə ünvanladıq. Sevda Ələkbərzadə «O səs Türkiyənin» səhnəsində adının çəkilməsindən, Murad Bozun onun barəsində söylədiklərindən xəbəri olduğunu bildirdi.
«Şərq»ə açıqlama verən Sevda Ələkbərzadə «Bəli, "O səs Türkiyə"də olanlardan xəbərdaram. Dostlarım mənə məlumat verdilər. Sonradan özüm də həmin kadrları izlədim. Murada yaradıcılığıma belə dəyər verdiyinə görə təşəkkür edirəm. Səbəbsiz yerə deməyiblər ki, musiqinin məkanı, sərhəddi olmur.
Mənə elə gəlir ki, keyfiyyətli musiqinin həqiqətən sərhəddi olmur. Nə deyə bilərəm, vacib olan odur ki, Azərbaycan musiqisi elə böyük müsabiqələrdə səslənir. Əsas odur ki, ölkədən kənarda Azərbaycan musiqisinə maraq yarada bilmişik. Mənim üçün Sevda Ələkbərzadənin adının çəkilməsi vacib deyil, vacib odur ki, Azərbaycan Xalq mahnısına maraq və tələbat var. Təbii ki, musiqimizin inkişafı, müasir gəncliyə bu musiqiləri sevdirmək missiyası biz ifaçıların üzərinə düşür. Biz gəncliyə milli musiqilərimizi, xalq mahnılarımızı sevdirməyə borcluyuq. Qaldı bu musiqini etno tərzdə təqdim etmək, bu, müasir dinləyicinin qəbul edə biləcəyi tərzdir. Vaxtilə Sevda Ələkbərzadə Xalq mahnılarımıza müraciət edəndə, o musiqiləri yeni aranjimanda, yeni nəfəslə, fərqli tərzdə təqdim edəndə məni yetərincə qınayanlar da oldu. "Xalq mahnılarımıza bu ifa ilə xələl gətirdi" deyənlər də tapıldı. Gerçək reallıq üçün isə sadəcə bir az zamana ehtiyac varmış. Bu gün etno musiqiyə olan maraq təkcə Türkiyədə deyil, dünyanın ən inkişaf etmiş ölkələrində belə çoxalıb. Mən tənqidlərdən çəkinən, onları eşitməkdən qorxan ifaçı deyiləm. Zaman da mənim haqlı olduğumu sərgiləyir».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm