Sığorta şirkətləri işləyirlər: Evlərin sığortalanması üçün evlərə bildirişlər göndərilir
Fidan Həmişəyeva
15:18 13.02.2020
Gündəm
3042
"İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir. Bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Evlərin icbari sığortaya cəlb olunması vacib proseslərdən biridir.
Yanğın və digər hadisələr zamanı əmlaka dəyən ziyanın böyük bir qismi sığorta şirkətlərinin üzərinə düşür. 2020-ci il yanvarın 1-dən etibarən evlərin məcburi sığortalanması üçün ciddi nəzarət mexanizminin olacağı bildirilmişdi. Lakin bu prosesin indi hansı səviyyədə olduğu sual altındadır.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Şərq”ə açıqlamasında evlərin icbari sığortalanması prosesinin hələ davam etdiyini bildirib. N.İbrahimov qeyd edib ki, prosesin davam etməsinə səbəb hələ ölkəmizdə sığorta ənənəsinin tam formalaşmaması ilə bağlıdır:
“Çünki dövlət hər zaman bu yükü öz üzərinə götürüb deyə, həmişə dövlətə arxayın olmuşuq və əmlakımızı sığortalamaqdan yan keçmişik. Amma sığorta şirkətləri bu məsələnin üzərində işləyirlər. Mexanizmlər tam olaraq işlənmədiyi üçün sığorta tətbiq olunmayıb. Artıq sığorta şirkətləri evlərə bildirişlər göndərirlər və zaman keçdikcə bu sahədə müəyyən irəliləyişlər olacaq. Hesab edirəm ki, tempi bir az artırsalar, bu ilin sonuna qədər əhalidə evlərin sığortalanması ənənəsi tədricən formalaşar. Beləliklə insanlar əmlakını sığortalamağa meyilli olar”.
Ekspert vurğulayıb ki, evlərin icbarı sığortası ilə bağlı əhalidə inam yaratmaq da vacibdir:
“Əhali tam olaraq inanmalıdır ki, hansısa hadisə baş verən zaman onlar problemlə rastlaşmayacaqlar. Çünki sığorta şirkətləri hadisə nəticəsində dəyən ziyanın böyük hissəsini öz üzərinə götürəcək. Bu zaman insanların inamı daha yüksək olacaq və onlar bu işə həvəsli yanaşacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial