Şimali Koreya lideri Kim Çen Un qızı Kim Ju-ae-ni “varisi” olaraq elan etməyə hazırlaşır.
Sherg.az xəbər verir ki, "Yonhap" agentliyinin xəbərinə əsasən, Ju-ae son dövrdə dövlət siyasətləri ilə bağlı fikirlərini açıqlayır və atası ilə birlikdə çoxsaylı tədbirlərdə iştirak edir. Analitiklər onun artıq Şimali Koreya liderinin “varisi” kimi təyin olunma mərhələsində olduğuna inanırlar.
Qızın bu ay sonu keçiriləcək Koreya İşçi Partiyasının 9-cu konqresinə qatılıb-qatılmayacağı da diqqətlə izlənir.
Eyni zamanda, NIS qeyd edib ki, Şimali Koreya ABŞ-ı “provokasiya etməmək” üçün qitələrarası ballistik raket sınaqlarından çəkinir və Rusiyanın Kursk bölgəsində Ukrayna ordusuna qarşı təxminən 11 min şimali koreyalı hərbi qüvvə yerləşdirib.
Kim Ju-ae 2022-ci ildən etibarən dövlət mediasında görünür və hərbi paraddan tutmuş raket sınaqlarına qədər bir çox tədbirlərdə atasına yoldaşlıq edib. 2024-cü ilin yanvarında NIS onu “ən ehtimal olunan varis” kimi qiymətləndirmişdi.