Simonyan: Ermənistan Azərbaycan nümayəndələrinin səfərini gözləyir

Ermənistan Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin səfərini gözləyir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

"Biz onları görməkdən çox məmnun olarıq", - o qeyd edib.

Simonyan indiyədək bu formatda baş tutan görüşlər çərçivəsində müzakirələrin 99 faizinin jurnalistlərin iştirakı ilə keçdiyini vurğulayıb.