SİQNAL! - “Təlimlər antiterror əməliyyatına da çevrilə bilər”
Fidan Həmişəyeva
15:36 01.09.2021
Gündəm
791
Dünən Əlahiddə Ümumqoşun Ordumuzun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib. Təlimin ssenarisinə əsasən, ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.
Təlimlərin əhəmiyyətini “Sherg.az”a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, sözügedən təlimdə hərbi qulluqçularımızın şərti düşmənin diversiya qrupu tərəfindən qaçırılması üzərində xüsusi təyinatlı təlim keçməsini müşahidə etdik. Onun sözlərinə görə, təlimdə şəxsi heyətin, əsasən də əsir və girovların azad edilməsi üçün şəhər daxilində döyüş bacarıqları yoxlanıldı:
“Bu təlimlərlə Ermənistan tərəfinə Ağdərə rayonu ərazisində saxladığı Azərbaycan əsgərini azad etməyəcəyi təqdirdə ağır nəticələr gözləyəcəyini nümşayiş etdirməyə çalışdıq.
Adıçəkilən təlim qardaş Türkiyə silahlı qüvvələri hərbi qulluqçularının müşahidəçi və təlimatçı kimi qatılması iki ölkənin istənilən platformada, o cümlədən hərbi əməkdaşlığının bariz nümunəsidir.
Artıq başa çatan bu təlim Azərbaycan xüsusi təyinatlı bölmkələrinin peşəkar və kifayət qədər döyüş təcrübnəsinə malik olduğunu həm tərəfdaşlarımız, həm də rəqiblərimizə nümayiş etdirmiş oldu. Ermənistan bu hazırlıqlardan özü üçün lazım olan ibrət dərsinin götürməli, qısa müddətdə hərbiçimizin qaytarılması təmin olunmalıdır.
Əks halda təlimlər çox qısa zaman çərçivəsində lokal antiterror əməliyyatına da çevrilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm