ŞOK QƏRAR: Tramp “atəşkəs YOXDUR” dedi - Müharibə daha da qızışır!

İran müharibəsinin 21-ci günü davam edir. ABŞ prezidenti Donald Tramp İranla atəşkəs istəmədiyini açıqlayıb və Hörmüz boğazının zamanla açılacağını bildirib.

Sherg.az xəbər verir ki, ABŞ və İsrailnin hücumları fonunda münaqişə genişlənir. Böyük Britaniya ABŞ-yə İranın raket bazalarına zərbələr üçün hərbi bazalarından istifadə icazəsi verib.

İranın xarici işlər naziri Abbas Araqçi bu addıma sərt reaksiya verərək ölkəsinin cavab verəcəyini bildirib. Müctəba Xamenei isə xalqa birlik çağırışı edib.

Məlumatlara görə, ABŞ İranın əsas neft mərkəzi olan Xark adasını ələ keçirmək və ya blokadaya almaq planlarını müzakirə edir.

Eyni zamanda, İran mediası İnqilab Keşikçilərinin sözçüsünün öldürüldüyünü və müharibədə yüksək rütbəli şəxslərin həlak olduğunu açıqlayıb.