Pakistanın vasitəçiliyi ilə İslamabadda ABŞ–İran danışıqları davam edərkən bölgədə hərbi gərginlik yüksəlib.
Sherg.az xəbər verir ki, məlumata görə, İran tərəfi Hörmüz Boğazına doğru hərəkət edən ABŞ hərbi gəmisini izlədiyini bildirib və Pakistanlı vasitəçilərə xəbərdarlıq edərək, gəminin hərəkəti davam edərsə 30 dəqiqə ərzində hədəf alınacağını bəyan edib. Daha sonra gəminin geri çəkildiyi bildirilir.
Eyni zamanda ABŞ mediası Hörmüz Boğazından ABŞ Donanmasına məxsus bir neçə gəminin keçdiyini yazıb. İran tərəfi isə bu barədə əvvəlcədən məlumatlandırılmadığını iddia edir.
ABŞ Prezidenti Donald Tramp isə Hörmüz Boğazı ilə bağlı “əməliyyatların başladığını” və lazım gələrsə ABŞ-nin hərəkətə keçəcəyini bildirib. O, İranla danışıqların davam etdiyini də qeyd edib.
Hazırda həm diplomatik danışıqlar, həm də hərbi hərəkətlilik fonunda vəziyyət yüksək gərginliklə izlənilir.