Taxıl anlaşmasının dayanması Kremlə baha başa gələ bilər
Yusif Nəzərli
08:23 12.08.2022
Gündəm
611
Moskva özünü dünyaya bir balaca da olsun “humanist” göstərmək üçün anlaşmaya sadiq qalmalıdır
Ukraynadan taxıl daşıyan heç bir gəmi Afrikanın ac ölkələrinə çatmayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyi iddia edib. Nazirlikdən vurğulanıb ki, gəmilər əsasən, Qərb ölkələrinin limanlarına gedir. Bu, Qərbin taxıl sazişinin dünyanın ərzaq təhlükəsizliyini möhkəmləndirmək barədə tezislərinin səmimiliyini şübhə altına alır. Məlumat üçün bildirək ki, iyulun 22-də Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanan sazişə Türkiyə və Rusiya tərəfdən müdafiə nazirləri, Ukrayna tərəfdənsə infrastruktur naziri qol çəkib. Saziş imzalandıqdan sonra bir neçə taxıl yüklü gəmi Ukraynadan yola düşüb.
Taxıl gəmilərinin ilk növbədə Afrikanın və Yaxın Şərqin kasıb ölkələrinə gedəcəyi bildirilib. Nəzərə alaq ki, Afrikanın taxıl ehtiyacının 40 faizini Rusiya və Ukrayna təmin edir. Dünyada hər il 785 milyon ton taxıl yetişdirilir. Bunun təxminən dördə biri - 200 milyon tona yaxın bölümü başqa ölkələrə ixrac edilir. Yerdə qalan hissə ölkələrin daxili tələbatına yönəldilir. Başqa ölkələrə ixrac edilən taxılın təxminən üçdə birini - 60 milyon tona yaxın bölümünü elə Rusiya və Ukrayna ixrac edir. Bu səbəbdən Rusiya-Ukrayna müharibəsi dünyanın taxıl bazarlarına ciddi təsir göstərib.
Millət vəkili Asim Mollazadə “Şərq”ə bildirib ki, Türkiyənin vasitəçiliyi ilə reallaşmış “taxıl anlaşması” Ukrayna taxılının limanlardan çıxmasında və ehtiyacı olan ölkələrə göndərilməsində çox mühüm rol oynadı. Deputat vurğulayıb ki, “taxıl razılaşması” ilə bağlı müvafiq işçi qrupları yaradılıb və vəziyyət nəzarətdədir:
“İstisna etmirəm ki, Rusiya hansısa məqamda planları dəyişdirə, daha kəskin mövqe tuta bilər. Yaxud prosesi ümumən dayandırar. Ancaq Rusiya belə bir addım atarsa, onunla hansısa razılaşmaya birdəfəlik inam itər. Rusiya ilə bundan sonra heç bir ölkə hər hansı istiqamətdə danışıq aparmaz. Bu, humanitar prosesdir. Böyük ehtimal, Moskva özünü dünyaya bir balaca da olsun “humanist” göstərmək üçün anlaşmaya sadiq qalmalıdır. Əks halda Rusiya özünü daha dərin böhrana yuvarlayacaq. Hazırda Ukraynada çox ağır fəlakətlər, faciələr yaşanır. O baxımdan bütün dünya Ukraynaya dəstək verməlidir ki, müharibə dayansın və faciə aradan qalxsın”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti sabitliyi daha da gücləndirir
16:17 17.09.2026
Prezident “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
15:49 17.09.2026
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou