
Terrorla mübarizəyə DAVAM: Heç bir təzyiq Türkiyəni yolundan döndərə bilməyəcək - TƏHLİL
Yusif Nəzərli
10:59 06.01.2024
Gündəm
479
Son vaxtlar Türkiyəyə təzyiqlər artıb. Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də “Ortaq paylaşım” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bunun əsas səbəbi Ankaranın Yaxın Şərqdəki durumla bağlı ortaya qoyduğu mövqedir: “Milli Kəşfiyyat İdarəmiz həm daxildə, həm də xaricdə düşmənə layiqli cavab verir. Türkiyə Silahlı Qüvvələri terrorçuları məhv edir. Türkiyə artıq tam müstəqildir. Əvvəlki Türkiyəyə öyrəşənlərin bundan narahat olmaları təbiidir”.

Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, Türkiyə illərdir PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ kimi terror təşkilatlarına, həmçinin hər hansı təhdid və təhlükəyə qarşı fasiləsiz və qətiyyətli mübarizəsini davam etdirdiyi üçün həmin qrupları himayə edən dövlətlər tərəfindən təzyiqlərə məruz qalır:
"Beynəlxalq ictimaiyyətin bəzən terror təşkilatları və onların üzvləri arasında ayrı-seçkilik etmələri Türkiyə tərəfindən hər zaman sərt münasibətlə qarşıladığı üçün rəsmi Ankara uzun illərdir müxtəlif iqtisadi, siyasi təzyiqlərlə üzləşir.
Suriyada Türkiyəyə məxsus silahlı pilotsuz uçuş aparatının vurulması da bu proseslərdə tarixi məqam oldu. Bir NATO ölkəsinin digərinin hərbi obyektlərini hədəf alması adi hal deyil".
E.Səftərov bütün bunlara baxmayaraq, Türkiyənin terrorla mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini söyləyib:
"Bu mənada xarici işlər naziri Hakan Fidanın əməliyyatlarla bağlı açıqlamasında üçüncü şəxslərin uzaq durması lazım olduğunu bildirməsi strateji bir detaldır. Bu bəyanatda Türkiyənin hərəkətlərinin legitimliyi vurğulanır və terrorla əlaqəli olanlara qarşı lazımi addımlar atılacağı mesajı verilir.
Türkiyənin antiterror əməliyyatları daxilə nüfuz edilərək həyata keçirilir və Silahlı Qüvvələrin bəzi ərazilərdə baza qurmasına şərait yaradır. Terrorçuların sığınacağına endirilən zərbələr nəticəsində ağır itkilərin olması terrorla mübarizədə kritik rola malikdir. Bundan əlavə, aparıcı fiqurların ələ keçirilməsi və ya zərərsizləşdirilməsi də vacib əhəmiyyətə malikdir. Bu zaman həmin şəxslərdən alınan məlumatlar onların hansı dövlətlər və şəxslər tərəfindən himayə olunduğu üçün qiymətlidir. Bu detallar Türkiyənin əlini gücləndirir və Ankaraya hərbi, siyasi dividendlər qazandırır.
Təbii ki, Türkiyə öz məqsədlərinə çatmaq üçün terrorla mübarizəni bundan sonra da davam etdirəcək. Terror qruplarını himayə edən, onu maliyyələşdirən təşkilatlar, dövlətlər də buna adekvat olaraq Türkiyəni zəifləmək, dövlət iradəsinə təsir edərək yolundan döndərmək üçün iqtisadi, siyasi və hərbi müdaxilələr edəcəklər. Amma heç bir təzyiq Türkiyəni öz yolundan döndərə bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat