“The Telegraph”: Müctəba Xamenei İsrail zərbəsindən möcüzəvi şəkildə xilas olub

“The Telegraph” nəşrinin məlumatına görə, İranın ali dini rəhbərinin oğlu Müctəba Xamenei 28 fevralda İsrailin raket zərbəsi zamanı təsadüfən bağa çıxdığı üçün sağ qalıb.

Sherg.az xəbər verir ki, hücum Əli Xamenei ailəsinin yaşadığı kompleksə yönəlib və bir neçə binaya eyni vaxtda zərbələr endirilib. Nəticədə onun həyat yoldaşı və bir sıra yüksək rütbəli hərbçilər həlak olub. Məctəba isə ayağından yüngül xəsarət alıb.

Məlumata görə, o, 8 martda İranın yeni ali rəhbəri seçilib, lakin hələ ictimaiyyət qarşısında çıxış etməyib. ABŞ prezidenti Donald Tramp isə onun sağ olub-olmadığının qeyri-müəyyən olduğunu bildirib.