"Times of Israel"də diqqət çəkən Türkiyə təhlili: ÇOX AZ SEÇİM QALDI
09:17 11.04.2025
Gündəm
357
İsrail qəzetində yer alan təhlildə, Tel-Əviv rəhbərliyinin Türkiyənin Suriyadakı mövcudluğuna dair narahatlığının artdığı, lakin buna qarşı çıxmaq üçün "çox az seçiminin qaldığı" qeyd olunub.
Sherg.az xəbər verir ki, "Times of Israel" qəzetində Norit Yohanan tərəfindən yazılmış "İsrail rəhbərliyi Türkiyənin Suriyada artan təsirinə alışmaq məcburiyyətindədir" başlıqlı təhlilə yer verilib.
Təhlildə, Suriyada Əsəd rejiminin devrilməsindən sonra baş verən son hadisələr, Türkiyə ilə İsrail arasında qarşılıqlı açıqlamalar və bu həftə Azərbaycanın ev sahibliyi etdiyi Ankara-Tel-Əviv görüşməsi müzakirə olunub.
Suriyə məsələsində Türkiyənin bu məsələyə İsraildən daha çox önəm verdiyi və bu çərçivədə addımlar atdığı vurğulanan təhlildə, İsrailin Suriyaya olan marağının sırf təhlükəsizlik yönümlü olduğu və bu vəziyyətin Ankaraya üstünlük verdiyi bildirilib.
ABŞ Prezidenti Donald Trampın 7 aprel tarixində İsrail Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdə Prezident Rəcəb Tayyib Ərdoğana dəstək verdiyi və bunun da İsrailin hərəkət imkanlarını daha da məhdudlaşdırdığı qeyd olunub.
Təhlildə, “Tramp, Netanyahuyla Vaşinqtonda keçirdiyi son görüşdə İsrailə Türkiyə mövzusunda kömək etməyə hazır olsa da, İsrailin "müvafiq tələblər" irəli sürməsinin vacib olduğunu açıq şəkildə ifadə edib. Bu isə İsraili Suriyada minimalist bir yanaşma qəbul etməyə məcbur edir” fikrinə yer verilib.
Trampın Prezident Ərdoğana dəstəyindən sonra İsrailin Suriyadakı “qırmızı xətlərində” israrlı olmaqdan başqa əlində çox az imkanın qaldığı bildirilib.
Bundan əlavə, Esad rejiminə qarşı mübarizədə Türkiyənin Suriya müxalifətinə verdiyi dəstəyə diqqət çəkilərək, Şamda formalaşacaq yeni rəhbərlik və Suriya xalqının bu dəstəyi unutmayan tərəf olacağı vurğulanıb.
Təhlildə qeyd olunub ki, Əsəd rejiminin devrilməsindən sonra Suriyanın xaosdan qurtulması üçün güclü bir dövlətə ehtiyacı var və Türkiyə bu prosesin bir parçası olmaq istəyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət