ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında aparılan danışıqların yaxın saatlarda yekunlaşacağını bildirib.
Sherg.az xəbər verir ki, Trampın sözlərini istinadla çatdıran "Fox News" telekanalının jurnalisti Trey Yingst ABŞ liderinin İranla razılaşmanın qarşıdakı iki-üç saat ərzində imzalana biləcəyinə inandığını deyib.
"Prezident Trampla indicə danışdım. O, hesab edir ki, İranla saziş növbəti iki-üç saat ərzində imzalanacaq", – deyə jurnalist bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl İsrailin Beyruta endirdiyi zərbəni tənqid edərək bunun ABŞ və İran arasında əldə olunması gözlənilən razılaşmanın imzalanmasını bir neçə saat ləngitdiyini qeyd etmişdi.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mike Valtz də Vaşinqtonun İranla aparılan danışıqların uğurla başa çatacağına əmin olduğunu bildirib.
Tərəflər arasında mümkün razılaşmanın detalları hələlik açıqlanmayıb. Bununla belə, ABŞ administrasiyası danışıqların yekun mərhələyə çatdığını vurğulayır.