Tramp: ABŞ İranın nüvə materiallarını ələ keçirə bilər

ABŞ İranın nüvə materiallarını ələ keçirə bilər.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

O bildirib ki, Vaşinqton İranla mümkün razılaşma çərçivəsində bu ölkənin nüvə materiallarına çıxış əldə edə bilər.

Daha əvvəl yayılan məlumatlara görə, ABŞ və İran arasında hazırlanmaqda olan sülh sazişi Tehranın nüvə silahı istehsal etməsini və ona sahib olmasını qadağan edəcək.

Saziş layihəsində həmçinin qeyd olunub ki, ABŞ İranın daxili işlərinə müdaxilə etməməyə və İran İslam Respublikasının suverenliyinə hörmət göstərməyə öhdəlik götürür.

Eyni zamanda tərəflərin qarşılıqlı şəkildə sanksiyaların tamamilə ləğvi məsələsini də müzakirə etməsi nəzərdə tutulur.