Tarixi sazişin imzalanma mərasiminin böyük ehtimalla Avropada keçirilməsi nəzərdə tutulur
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında hərbi qarşıdurmanın başa çatdırılması ilə bağlı prinsipial razılıq əldə olunduğunu bəyan edib.
Sherg.az xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər arasında əldə edilən razılaşmanın hüquqi rəsmiləşdirilməsi üçün müvafiq sənədlərin imzalanması qalır. O bildirib ki, tarixi sazişin imzalanma mərasiminin böyük ehtimalla Avropada keçirilməsi nəzərdə tutulur.
ABŞ lideri yaxın günlərdə sazişin imzalanacağı tarix və məkanın açıqlanacağını da vurğulayıb.
Qeyd edək ki, Tramp bundan əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların keçirilə biləcəyini bildirsə də, sonradan planlaşdırılan hücumların ləğv edildiyini açıqlamışdı. ABŞ prezidentinin son bəyanatı Vaşinqton və Tehran arasında gərginliyin diplomatik yolla həll olunacağına dair gözləntiləri artırıb.