
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Yusif Nəzərli
00:31 23.01.2025
Gündəm
444
Ötən il Putin və Paşinyan bütün il boyu bir-birilə "siçan-pişik", "qaçdı-tutdu" oyunu oynayıblar
“Ən paradoksal məqam budur ki, indi Putin də, Paşinyan da bütün ümidlərini ABŞ-nin yeni Prezidenti Donald Trampın mərhəmətinə bağlayıblar”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana səfər edəcək. Bu barədə Lavrov özü Moskvada erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib. XİN rəhbəri bildirib ki, Mirzoyanın dəvətindən istifadə edib İrəvana səfər etmək niyyətindədir. S.Lavrov qeyd edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli sazişləri, xüsusən də regiondakı mövcud vəziyyət fonunda aktual hesab edir:
“2020-ci və 2022-ci illərdə üç ölkə liderinin əldə etdiyi üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşdırılmasına lazımi kömək göstərməyə hazırıq”. Onun sözlərinə görə, xüsusilə regionda mövcud vəziyyət fonunda bu razılaşmalar hələ də aktualdır. Qeyd edək ki, nazirlər Ermənistanın strateji əhəmiyyətli regionu olan Zəngəzurda Rusiyanın mövcudluğunun genişləndirilməsi perspektivlərini də müzakirə ediblər. Lavrov bildirib ki, bu, tərəflərin maraqlarına uyğundur. Eyni zamanda Ermənistanda rus dili ilə bağlı vəziyyət də müzakirə edilib. Rusiya Federasiyasında erməni mədəniyyəti günlərinin yenidən keçirilməsinə qarşılıqlı maraq göstərilib. Lavrovun sözlərinə görə, tərəflərin beynəlxalq məsələlərdə mövqeləri üst-üstə düşür və ya yaxındır. Nazir tərəflərin Rusiyanın çox perspektivli hesab etdiyi 3+3 formatına marağını qeyd edib.
Ermənistanın Respublika Naminə Partiyasının xarici işlər katibi Arnold Bleyan deyib ki, Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşdə bir sıra vacib məqamlara toxunulub və bəzi məsələlərdə tərəflər arasında fikir ayrılıqları olub. Bleyanın sözlərinə görə, Lavrov Moskvada İrəvanı Zəngəzurla təhdid edib: “Məndə olan məlumata əsasən, görüşdə Rusiya tərəfinin Sünikdə (Zəngəzur – red.) konsulluq açması və ümumilikdə Ermənistandakı diplomatik nümayəndəliklərin genişləndirilməsi təklif olunub. Lakin Mirzoyan hər iki təklifə etiraz edib və bəyənmədiyini bildirib. İrəvan rəsmi şəkildə təklifləri rədd edib. Deyiblər ki, Zəngəzurun ruslaşması ermənilərə lazım deyil, orada nə qədər az rus olarsa, o qədər yaxşıdır. Lavrov isə bildirib ki, Zəngəzur Ermənistanın tərkibində qalmasa, bu, ölkənin sonu olacaq. Rusiyanın adamları tez-tez ölkəmizdə 2020-ci ildə imzalanan üçtərəfli sazişin mətni, xüsusilə də dəhlizlə bağlı 9-cu bəndin icrasını tələb edən çıxışlar səsləndirirlər. Əgər Bakı ilkin şərt qoyubsa, biz də analoji addım atmalı və məsələni parlamentdə müzakirəyə çıxarmalıyıq”.

Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, nazirlərin görüşü Rusiya XİN-in Qəbullar Evində baş tutub. Lavrov bu görüş əsnasında 2024-cü ili "Rusiya-Ermənistan münasibətlərində sadə olmayan il" kimi qiymətləndirib. Ekspertin sözlərinə görə, bu fikirdə müəyyən həqiqət payı var:
"Çünki ötən il Putin və Paşinyan, həqiqətən də, bütün il boyu bir-birilə "siçan-pişik", "qaçdı-tutdu" oyunu oynayıblar. Ancaq bununla yanaşı, onlar hər nə qədər də bir-birilə didişsələr də, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2024-cü ildə rekord səviyyəyə yüksəlib. Eyni zamanda, Paşinyan Avropa İttifaqı və ABŞ ilə münasibətləri daha da genişləndirməklə bütün il boyu Putinə göz dağı verib. Ən paradoksal məqam da budur ki, indi Putin də, Paşinyan da bütün ümidlərini ABŞ-nin yeni Prezidenti Donald Trampın mərhəmətinə bağlayıblar. Lavrovla Mirzoyan bu an üçün özlərini ən uğurlu diplomat hesab etsələr də, lakin onların heç biri Tramp dövrünün yeni reallıqlarına hazır deyil".
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
BMT rəsmisi Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərə görə təşəkkür edib
12:59 09.09.2026
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq