ABŞ Prezidenti Donald Tramp İranla aparılacaq danışıqlara dair sərt mesaj verib.
Sherg.az-ın məlumatına görə, Tramp bildirib ki, ABŞ hərbi gəmilərinə ən güclü silah və sursatlar yerləşdirilir:
“Əgər razılaşma olmasa, onları istifadə edəcəyik. Çox effektiv şəkildə istifadə edəcəyik.”
Prezident İran tərəfi ilə bağlı etimadsızlıq ifadə edərək nüvə proqramı məsələsində ziddiyyətli açıqlamalar verildiyini də qeyd edib.
Trampın bu bəyanatı Vaşinqton–Tehran gərginliyinin artdığı bir dövrdə diqqət çəkib.