Tramp: İran ABŞ-nin bütün şərtlərini yerinə yetirəcək

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran hakimiyyəti Vaşinqtonun irəli sürdüyü bütün tələbləri qəbul edəcək.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri Florida ştatının Uest-Palm-Biç şəhəri yaxınlığındakı Mar-a-Laqo iqamətgahından Vaşinqtona uçarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı səsləndirib.

Onun sözlərinə görə, Tehran nüvə silahlarından imtina etməli və ABŞ-nin tələb etdiyi addımları atmalıdır. ABŞ prezidenti əlavə edib ki, əks halda İranın gələcəyi ilə bağlı ciddi nəticələr yarana bilər.

ABŞ lideri həmçinin qeyd edib ki, onun “nüvə tozu” adlandırdığı materiallar İranın Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən nüvə obyektləri ilə bağlıdır. Bu obyektlər 2025-ci ildə ABŞ-nin bombardmanına məruz qalmışdı.