ABŞ İranla yekun saziş bağlanana qədər Hörmüz boğazında dəniz blokadasını davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz sosial media hesabında paylaşım edib.
"Hörmüz boğazı tamamilə açıqdır və tammiqyaslı gəmiçilik üçün hazırdır. Lakin hərbi dəniz blokadası tam şəkildə qüvvədə qalacaq və İranla razılaşmamız 100% tamamlanana qədər müstəsna olaraq bu ölkəyə qarşı tətbiq ediləcək. İki ölkə arasındakı sazişin əksər bəndləri artıq razılaşdırıldığı üçün bu proses çox sürətlə yekunlaşmalıdır",- o qeyd edib.