“Biz ora girib insanları öldürmək istəmirik. Mən istəmirəm”
ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, Ağ Evdə, Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Tramp İranın ABŞ gəmilərinə atəş açması və atəşkəsi pozması ilə bağlı suallara münasibət bildirib.
O, bu suala cavabında deyib:
“Bunu öyrənəcəksiniz, sizə məlumat verəcəyəm. Onlar nə etməli olduqlarını da, nə etməməli olduqlarını da bilirlər.”
Tramp əlavə edib ki, İranın bu qarşıdurmada heç bir şansı yoxdur:
“İranın heç bir şansı yoxdur. Heç vaxt olmayıb. Onlar bunu bilirlər. Mən onlarla danışanda bunu özləri də deyirlər.”
ABŞ prezidenti vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.
Onun sözlərinə görə, İran razılaşma əldə etmək istəyir, lakin ziddiyyətli davranır:
“İran haqqında xoşuma gəlməyən odur ki, mənimlə çox hörmətlə danışırlar, sonra isə televiziya qarşısına çıxıb "Prezidentlə danışmamışıq" deyirlər. Onlar oyun oynayırlar.”
Tramp İranı daha ehtiyatlı davranmağa çağırıb:
“Çünki biz ora girib insanları öldürmək istəmirik. Mən istəmirəm.”
ABŞ prezidenti həmçinin bildirib ki, İran ağ bayraq qaldıraraq təslim olmalıdır.