ABŞ Prezidenti Donald Tramp İsrailə Suriya ilə təhlükəsizlik sazişi bağlaması üçün bir ay vaxt verdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, "Middle East Eye" nəşrinin məlumatına görə, Tramp bu məsələni Suriya Prezidenti Əhməd əl-Şara ilə telefon danışığında da müzakirə edib və “parçalanmış deyil, vahid Suriya” istədiyini bildirib.
Mənbələr razılaşmanın mart ayına qədər elan oluna biləcəyini qeyd etsə də, Hermon dağı (Cəbəl əş-Şeyx) ətrafında İsrail qoşunlarının mövcudluğu əsas maneə olaraq qalır. ABŞ administrasiyası tərəflər arasında irəliləyiş olduğunu desə də, İsrailin mövqeyinin qısa müddətdə dəyişəcəyi sual altındadır.