Tramp: Razılaşma olmsa, ABŞ İrana qarşı hərbi əməliyyatlara asanlıqla qayıdacaq

ABŞ Vaşinqtonu qane edən bir razılaşma əldə edə bilmədiyi təqdirdə, İrana qarşı hərbi əməliyyatlara yenidən başlamağa hazırdır.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın "Sky News" telekanalına müsahibəsində bildirib.

“Biz buna çox asanlıqla dərhal qayıdacağıq”, deyə o qeyd edib.